satellite   Azerspace-1: 11135 H 30000

BMT: Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb

BMT: Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb

BMT-nin Əfqanıstandakı humanitar koordinatoru Ramiz Ələkbərov bildirib ki, ölkəyə yardım göstərmək üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Interfax” agentliyinə istinadla xəbər verir ki, BMT 2023-cü il üçün 4,6 milyard dollar tələb edib, lakin donorlar indiyədək cəmi 213 milyon dollar köçürüb.

Təşkilatın təmsilçisi qeyd edib ki, Əfqanıstan planetin ən böyük humanitar böhranı ilə üz-üzədir. İyirmi səkkiz milyondan çox əfqan aclıq çəkir və təcili yardıma ehtiyacı var. Ölkədəki humanitar əməliyyata son zərbə Talibanın yerli qadınların BMT strukturlarında işləməsinə qadağa qoyması oldu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM