satellite   Azerspace-1: 11135 H 30000

Fransada pensiya islahatına etiraz edənlərlə polis arasında toqquşmalar baş verib

Fransada pensiya islahatına etiraz edənlərlə polis arasında toqquşmalar baş verib

Fransada pensiya islahatı əleyhinə etiraz nümayişləri və tətillər davam edir. Həmkarlar İttifaqları Konstitusiya Şurasının qərarından sonra yenidən davamlı nümayiş və tətillərə çağırış olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, həmkarlar ittifaqlarının məlumatına görə, 11-ci etiraz aksiyalarında iki milyon fransız iştirak edib. Təkcə Parisdə etirazçıların sayı 400 min nəfər olub.

Parisdə Prezident Emmanuel Makronun daim getdiyi “La Rotonde” restoranının yaxınlığında nümayişçilərlə polis arasında toqquşma baş verib. Digər şəhərlərdə də polis nümayişçilərə qarşı zorakılığa əl atıb.

Həmkarlar ittifaqları aprelin 13-də yeni tətil və nümayişlərə çağırış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM