satellite   Azerspace-1: 11135 H 30000

Qanunsuz erməni silahlı dəstəsinin üzvü intihar edib

Qanunsuz erməni silahlı dəstəsinin üzvü intihar edib

Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, ölən şəxsin araşdırma nəticəsində Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin 2004-cü il təvəllüdlü üzvü olduğu müəyyən edilib.

İntihar etdiyi müəyyənləşdirilən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.

Yaxınları məlumat veriblər ki, külli miqdarda borclarını ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan həmin şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM