satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan israilli həmkarı ilə telefonla danışıb

Ərdoğan israilli həmkarı ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

İsraildə artan gərginliyin müzakirə edildiyi görüşdə Ərdoğan “Ədalətli və davamlı sülh üçün üzərimizə düşəni etməyə hazırıq”,- deyib.

Türkiyə lideri Ramazan ayı və Pasxaya təsadüf edilən bu həssas dövrdə Qəzza və Livanda gərginliyin artmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM