satellite   Azerspace-1: 11135 H 30000

İsrail qırıcıları raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib

İsrail qırıcıları raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib

Aprelin 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada hərbi komplekslərə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcı təyyarələr Suriya ərazisindəki hədəflərə, o cümlədən Suriya silahlı qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksinə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.

Vurğulanıb ki, Suriya öz ərazisində baş verən bütün hərəkətlərə görə məsuliyyət daşıyır və İsrail ordusu ölkənin suverenliyinin pozulması üçün edilə biləcək heç bir cəhdə imkan verməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM