satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski Almaniyaya səfər edə bilər

Volodimir Zelenski Almaniyaya səfər edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə münaqişə başlayandan bəri ilk dəfə may ayında Almaniyaya səfər edə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Qeyd olunub ki, Ukrayna Prezidentinin beynəlxalq mükafata layiq görüləcəyi gözlənilir. Ehtimal edilir ki, Böyük Karl Mükafatı şəxsən Zelenskinin özünə təqdim ediləcək.

Nəşrin mənbələri bildirib ki, mərasimdə Almaniya kansleri Olaf Şolts təntənəli nitq söyləyəcək. Eyni zamanda qəzet cəbhədəki vəziyyətə görə Zelenskinin videobağlantı vasitəsilə mərasimdə iştirak edəcəyini də istisna etmir.

Böyük Karl Mükafatı mayın 18-də təqdim edilməli idi, lakin Şolts Yaponiyada “G-7” sammitində iştirak edəcəyinə görə, mükafatlandırma mərasiminin vaxtı həftəsonuna dəyişdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM