satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Özbəkistan Prezidentinə yeni türk elektromobili göndərilib"

Ərdoğan: "Özbəkistan Prezidentinə yeni türk elektromobili göndərilib"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni "Togg T10X" elektromobilini alacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.

"Togg" artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik", - o deyib.

Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.

Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM