satellite   Azerspace-1: 11135 H 30000

Hindistanın bəzi ştatlarında tibbi maskadan istifadə yenidən məcburi olub

Hindistanın bəzi ştatlarında tibbi maskadan istifadə yenidən məcburi olub

Hindistanda COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ölkənin bəzi ştatlarında ictimai yerlərdə tibbi maskadan istifadə yenidən məcburi olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi ölkənin 8 əyalətində maskadan istifadənin məcburi olduğunu elan edib.

Hindistanlı epidemioloq Lalit Kant bildirib ki, ölkədə bu halların artması yeni ortaya çıxan koronavirusun XBB.1.16 variantı ilə bağlıdır.

Bildirilib ki, ölkədə sözügedən varianta yoluxma halları fevralda 21,6 faizdən martda 35,8 faizə yüksəlib, lakin xəstəxanaya yerləşdirmə və ya ölüm hallarında analoji artım olmayıb.

Hindistan Səhiyyə Nazirliyi, son 24 saatda 5 min 357 yeni yoluxma faktının aşkar edildiyini, aktiv yoluxma sayının isə 32 min 814 olduğunu bildirib.

Ölkədə təxminən son 6 ayda ən çox yoluxma sayı martın 30-da qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM