satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” Çində zavod quracaq

“Tesla” Çində zavod quracaq

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla” Çinin Şanxay şəhərində enerji saxlama qurğularının istehsalı üçün geniş miqyaslı obyekt quracaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, təməli bu ilin üçüncü rübündə qoyulacaq layihə üçün aprelin 9-da Şanxayda imzalanma mərasimi keçirilib.

Şirkət 2024-cü ilin ikinci rübündə fəaliyyətə başlaması planlaşdırılan fabrikdə təxminən 4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək.

“Tesla”nın hələ də ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10.000 Meqapaket istehsal etmək gücünə malik “meqa fabriki” var.

Şirkət həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən "giqa fabriki"ni əlavə olaraq 450 min tutumla genişləndirməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM