satellite   Azerspace-1: 11135 H 30000

Son 20 ildə jurnalistlər üçün ən təhlükəli ölkələr açıqlanıb

Son 20 ildə jurnalistlər üçün ən təhlükəli ölkələr açıqlanıb

İraq və Suriyadan sonra jurnalistlər üçün ən təhlükəli ölkə Əfqanıstan hesab olunur. Bu ölkədə jurnalistlərin zorakılıqla qarşılaşması və qətlə yetirilməsi adi hal alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər “Sərhədsiz reportyorlar” təşkilatının hesabatında yer alıb.

Hesabatda deyilir ki, son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib. Ölüm hadisələri əsasən İraq, Suriya və Əfqanıstanda baş verib. Bu gün də adıçəkilən hər üç ölkə jurnalistlər üçün təhlükəlidir. İraqda 300, Suriyada isə 280 jurnalist qətlə yetirilib. Jurnalistlər üçün təhlükəli ölkələr siyahısına Yəmən, Somali, Fələstin də əlavə olunub.

Ukraynada davam edən hərbi əməliyyatlar zamanı qətlə yetirilən jurnalistlərin adları da siyahıya daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM