satellite   Azerspace-1: 11135 H 30000

Ukraynalı general: Rusiya qoşunları “Suriya” taktikasına keçiblər

Ukraynalı general: Rusiya qoşunları “Suriya” taktikasına keçiblər

Baxmutda vəziyyət hələ də mürəkkəb, lakin nəzarət oluna biləndir. Düşmən belə adlandırılan “Suriya” taktikasına keçib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə qoşunların Şərq qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Sırskinin bəyanatına istinadla xəbər verir.

Sırski deyib: “Bizim igid döyüşçülərimiz öz hərəkətləri ilə “vaqnerovçu”ları zəiflədiblər. Buna görə də düşmən hazırda Baxmut uğrunda döyüşlərə xüsusi təyinatlıları və desant-həmlə bölmələrini cəlb etmək məcburiyyətindədir”.

O vurğulayıb ki, döyüşlər hər iki tərəfdən gərgin xarakter daşıyır.

“Düşmən “Suriya” taktikası adlandırılan yandırılmış torpaq taktikasına keçib. Aviasiya zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri məhv edir. Baxmutun müdafiəsi davam edir. Vəziyyət mürəkkəb, lakin nəzarət oluna biləndir”, - deyə general-polkovnik əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM