satellite   Azerspace-1: 11135 H 30000

Pakistan, İran, Çin və Rusiya XİN başçıları Səmərqənddə qapalı görüş keçirib

Pakistan, İran, Çin və Rusiya XİN başçıları Səmərqənddə qapalı görüş keçirib

Pakistan, İran, Çin və Rusiya xarici işlər nazirlərinin bu gün Səmərqənddə Əfqanıstanla qonşu ölkələrin nazirlər səviyyəsində konfransı çərçivəsində qapalı görüşü olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, konfransda eyni zamanda Türkmənistan, Özbəkistan və Tacikistanın xarici işlər nazirləri də iştirak edib.

İştirakçılar Əfqanıstan böhranının siyasi həlli, bu ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşməsi məsələsinin təşviqi üzrə növbəti addımları müzakirə ediblər. Görüşdə həmçinin regional iqtisadi inteqrasiyanın inkişafı, Kabilin iştirakı ilə nəqliyyat və energetika layihələrinin reallaşması barədə danışıqlar aparılıb.

Nazirlər daxili siyasi sabitliyi qorumaq və humanitar böhrana yol verməmək üçün Əfqanıstandakı mövcud hökumətlə qarşılıqlı əlaqə qurmaq barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM