satellite   Azerspace-1: 11135 H 30000

Fransada pensiya islahatına qarşı etirazlar davam edir

Fransada pensiya islahatına qarşı etirazlar davam edir

Fransada pensiya islahatına qarşı etiraz nümayiş və tətilləri ara vermir. Sayca 12-ci etiraz aksiyası bu gün yerli vaxtla saat 14:00-a planlaşdırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ölkədə nəqliyyat, məktəblər və tullantıların yığılması sahələrində tətillər davam edir. Şəhərlərarası və şəhər daxili dəmir yol nəqliyyatının hərəkətində problemlər olacağı bildirilib.

Bugünkü nümayişin ölkənin 270 şəhər və qəsəbəsində keçiriləcəyi və etiraz aksiyalarında 600 minə yaxın fransızın iştirak edəcəyi gözlənilir. Aksiyaya “sarı jiletlər”in də qatılacağı qeyd edilir. Ölkədə 12-ci etiraz nümayişi ilə bağlı 11 500 polis və jandarm səfərbər olunub ki, onlardan 4200-ü Paris üçün nəzərdə tutulur.

Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına doğru irəliləyəcək. Aksiyaya 500-1000 arası riskli və şübhəli qrupların da səfərbər olunduğu ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM