satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Baş nazirinin çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib

Yaponiya Baş nazirinin çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib

Şənbə günü Yaponiyanın qərbindəki Vakayama prefekturasında Baş nazir Fumio Kişidanın çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Yaponiya mediasına istinadla xəbər verir ki, hakim Liberal Demokrat Partiyasının seçkiqabağı təşviqat kampaniyasında iştirak edən Baş nazirə tüstü bombası atılıb. Baş nazir dərhal ərazidən uzaqlaşdırılıb.

Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyanın sabiq baş naziri Şinzo Abe də seçkiqabağı təşviqat kampaniyası zamanı sui-qəsd nəticəsində qətlə yetirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM