satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Xersona hücum edib, 2 mülki şəxs ölüb, 3 polis əməkdaşı yaralanıb

Rusiya ordusu Xersona hücum edib, 2 mülki şəxs ölüb, 3 polis əməkdaşı yaralanıb

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Xerson şəhərini atəşə tutublar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər qadın həlak olub.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiyanın hava hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM