satellite   Azerspace-1: 11135 H 30000

Bosniya və Herseqovina sərhədlərinin təhlükəsizliyini artırmaq üçün “Frontex”lə müqavilə imzalayacaq

Bosniya və Herseqovina sərhədlərinin təhlükəsizliyini artırmaq üçün “Frontex”lə müqavilə imzalayacaq

Bosniya və Herseqovina sərhədlərinin təhlükəsizliyinin artırılması məqsədilə Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (“Frontex”) ilə müqavilə imzalayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç deyib.

Sənədlə bağlı işlərin son mərhələdə olduğunu deyən nazir bu müqavilə sayəsində “Frontex”in əməkdaşlarının yerli sərhədçilərlə birgə xidmət aparacağını bildirib.

Qeyd edək ki, son dövrlərdə Qərbi Balkan marşrutu ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qeyri-qanuni miqrasiya kəskin artıb. “Frontex” regiondakı digər ölkələrin də qeyri-leqal mühacir axınının qarşısının alınması üçün müvafiq müqavilələr imzalamasını istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM