satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Pakistanda silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Pakistanın Cənubi Vəziristan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin xəbərinə görə, atışmada 8 silahlı zərərsizləşdirilib, 2 əsgər həlak olub.

Ordunun yaydığı açıqlamada atışma zamanı çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilir. Yaraqlıların hansı qruplaşmanın üzvü olduğu barədə məlumat verilmir.

Son aylar Pakistanda terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən “Pakistan Talibanı” qruplaşması tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM