satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna MN indiyədək 2 235 nəfəri Rusiya əsirliyindən qaytardığını açıqlayıb

Ukrayna MN indiyədək 2 235 nəfəri Rusiya əsirliyindən qaytardığını açıqlayıb

Rusiya-Ukrayna müharibəsi ərzində Kiyev 2 235 nəfəri Rusiya əsirliyindən qaytarıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmləri Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda açıqlayıb.

O qeyd edib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) nəzdində Əsirlərlə Davranma üzrə Koordinasiya Qərargahı artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. 2014-cü ildən bəri ilk dəfə olaraq hərbi əsirlərin dəyişdirilməsi və davranma prosesi beynəlxalq hüquq normalarına tam uyğun təşkil edilib.

“Mübadilə mövzusu düşmən əsirlik yerlərində olan hərbçilərimizin təhlükəsizliyi üçün səssizliyə ehtiyac duyur. Ona görə də burada deyiləcək çox şey yoxdur. Bununla belə, nəticələr öz sözünü deyir”, - Malyar vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM