satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcı təyyarəsi verib

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcı təyyarəsi verib

Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələrinin verilməsi prosesini başa çatdırıb. Vəd olunan 13 təyyarə artıq Ukraynadadır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə Slovakiyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Slovakiyanın müdafiə naziri Yaroslav Nadın sözlərinə görə, Ukrayna daha 9 təyyarə alıb.

“Bu ötürmə ən böyük təhlükəsizlik amili nəzərə alınmaqla yerüstü yolla həyata keçirilib. Cəlb olunan bütün komponentlərə böyük minnətdarlığımı bildirirəm, çünki belə hallarda bu, həqiqətən mühüm və çətin logistik əməliyyatdır”, - deyə Nad vurğulayıb.

O əlavə edib ki, “MiQ-29” təyyarələri Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna üçün zəruri dayaqdır. “Digər tərəfdən, qonşumuzdan fərqli olaraq, bu təyyarələr bizə gərəksiz idi. Biz düzgün addım atırıq”, - deyə nazir bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM