satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

Ermənistanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, çirkli pulların yuyulması və vəzifəli şəxs kimi şirkət idarə etməkdə ittiham olunur.

Məlumata görə, Ovik Abramyan etibarlı şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edib. Bu şirkət vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı da qanuniləşdirib. Ovik Abramyanın cinayət işinə qardaşı Henrik Abramyan, polis rəisi Alik Sarkisyan və başqaları da cəlb olunub.

Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM