satellite   Azerspace-1: 11135 H 30000

İsrail XİN başçısı Eli Kohen Azərbaycana səfərdən sonra Türkmənistana gedib

İsrail XİN başçısı Eli Kohen Azərbaycana səfərdən sonra Türkmənistana gedib

İqtisadi nümayəndə heyətinə başçılıq edən İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana işgüzar səfərdən sonra Türkmənistana yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İsrail KİV-lərinin yaydığı məlumata görə, bu, İsrail XİN başçısının Türkmənistana uzun illər ərzində ilk səfəridir. Adətən, bu ölkəyə səfərlərdə İsrail nümayəndə heyətinə XİN-in departamentinin baş direktorunun müavini rəhbərlik edirdi və siyasi deyil, iqtisadi məsələlər müzakirə olunurdu.

Türkmənistanın İsraildəki səfiri Romada fəaliyyət göstərir. Eyni zamanda İsrailin Aşqabadda səfirliyi var. Hazırda İsrailin Türkmənistandakı səfiri İsmail Haldidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM