satellite   Azerspace-1: 11135 H 30000

Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşdırılması üçün birgə nəzarət mexanizmi yaradılıb

Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşdırılması üçün birgə nəzarət mexanizmi yaradılıb

Avropa İttifaqı Belqrad-Priştina dialoqu üzrə vasitəçi kimi Serbiya və Kosovo arasında münasibətlərin normallaşdırılmasına dair Şimali Makedoniyanın Ohri şəhərində imzalanan sazişin icrasına nəzarət etmək üçün Birgə Monitorinq Komitəsi yaradıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, monitorinq komitəsinə sədrliyi Avropa İttifaqının Belqrad-Priştina dialoqu və İttifaqın Qərbi Balkan regionu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak həyata keçirəcək. Serbiyanı monitorinq komitəsində Petar Petkoviç, Kosovonu isə Aqron Bayrami təmsil edəcəklər.

Komitə üzvlərinin mütəmadi qaydada Brüsseldə toplaşacaqları, vəzifə bölgüsünün isə mayın 2-də keçiriləcək iclasda müəyyənləşəcəyi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM