satellite   Azerspace-1: 11135 H 30000

Canlı yayımda halı pisləşən Ərdoğanın son durumu açıqlanıb

Canlı yayımda halı pisləşən Ərdoğanın son durumu açıqlanıb

“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: “Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM