satellite   Azerspace-1: 11135 H 30000

İranda Ekspertlər Şurasının üzvü öldürülüb

İranda Ekspertlər Şurasının üzvü öldürülüb

İranın şimalında yerləşən Mazandaran əyalətində İslam Respublikasının dini liderini seçən Ekspertlər Şurasının üzvü Abbas Əli Süleymani qətlə yetirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Tasnim agentliyinə istinadla xəbər verir ki, cinayət Babolsar şəhərində törədilib. Polis siyasətçiyə qarşı sui-qəsd törədən şəxsi saxlayıb. Mazandaran əyalətinin təhlükəsizlik qüvvələri şura üzvünün qətlə yetirildiyini təsdiqləyib, lakin cinayətin motivləri bəlli deyil.

Abbas Əli Süleymani İranın dini lideri Ayətullah Xameneinin İsfahan əyalətinin Kaşan və Bəlucistan əyalətinin Sistan şəhərlərindəki nümayəndəsi vəzifəsini tuturdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM