satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Rusiyanın atom enerjisinə qarşı Brüsselin sanksiyalarını dəstəkləmək niyyətində deyil

Macarıstan Rusiyanın atom enerjisinə qarşı Brüsselin sanksiyalarını dəstəkləmək niyyətində deyil

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqına üzv ölkələrdən olan həmkarları arasında Lüksemburqda keçirilən görüşdə çıxış edərək ölkəsinin Aİ-nin Rusiyanın atom enerjisinə qarşı sanksiyalarını dəstəkləməyəcəyini bildirib. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, nazir Budapeştin heç bir halda nüvə sənayesinə qarşı ölkəsinin milli maraqlarına xələl gətirəcək dərəcədə hər hansı sanksiyaya razı olmayacağını bildirərək, bu cür tədbirləri qəbuledilməz adlandırıb və digər Avropa ölkələrini nüvə sanksiyaları üzərində təcrübə aparmamağa çağırıb, çünki onlar Macarıstanın enerji təhlükəsizliyini təhdid edə bilər.

Siyarto əlavə edib ki, Avropa məhdudiyyətlərinin məqsədi İttifaqa üzv olan ölkənin enerji təchizatının pozulması ola bilməz.

Bəzi qiymətləndirmələrə görə, Rusiya əleyhinə sanksiyalar səbəbindən 2023-cü ildə Macarıstan iqtisadiyyatı ÜDM-in təxminən 5 faizini itirə bilər. Bu isə təxmini 10 milyard avrodur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM