satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin “Akkuyu” AES-in birinci enerji blokunun açılışına videokonfrans rejimində qatılacaq

Vladimir Putin “Akkuyu” AES-in birinci enerji blokunun açılışına videokonfrans rejimində qatılacaq

Aprelin 27-də Rusiya Prezidenti Vladimir Putin Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağının gətirilməsi mərasimində videokonfrans rejimində iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Akkuyu” AES Türkiyənin Mersin əyalətində Rusiyanın “Rosatom” korporasiyası tərəfindən 2010-cu ildə imzalanmış hökumətlərarası sazişə əsasən inşa edilir. Ümumi dəyəri 20 milyard dollar olan layihə çərçivəsində hər biri 1200 MVt gücündə dörd enerji blokunun tikintisi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM