satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi komissar döyülüb, onurğa sümüyü sınıb

Ermənistanda hərbi komissar döyülüb, onurğa sümüyü sınıb

Ermənistanın Tavuş rayonunun hərbi komissarı Lernik Ohanyan döyülüb, onurğa sümüyü sınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli “Aravot” nəşri yazıb.

Nəşr bildirib ki, bu yaxınlarda Berddəki yanacaqdoldurma məntəqələrindən birinin ərazisində Ohanyanla iki yerli sakin arasında insident baş verib.

Dava zamanı Ohanyan ağır xəsarət alıb. Xəsarət alan hərbi komissar əməliyyat olunub, hazırda xəstəxanadadır.

Faktla bağlı cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM