satellite   Azerspace-1: 11135 H 30000

“Hyundai” Rusiya bazarını tərk etmək niyyətindədir

“Hyundai” Rusiya bazarını tərk etmək niyyətindədir

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” zavodlarını Qazaxıstan şirkətinə sataraq Rusiya bazarını tərk etmək niyyətindədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, şirkət Rusiya hakimiyyətinin qərarını gözləyir.

Sövdələşmənin şərtlərinə “Hyundai Motor”un istənilən vaxt aktivləri geri ala biləcəyi müddəa daxildir.

Sankt-Peterburqdakı “Hyundai” avtomobil zavodu 2022-ci ilin martında komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə avtomobillərin istehsalını dayandırıb. Buna qədər müəssisədə “Hyundai Solaris”, “Hyundai Creta”, “Kia Rio” və “Kia Rio X-Line” modelləri istehsal olunurdu. 2010-cu ildə işə salınan zavodun istehsal gücü ildə 200 mindən çox avtomobil təşkil edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM