satellite   Azerspace-1: 11135 H 30000

NATO vəd olunan hərbi yardımın 98 faizini Kiyevə çatdırıb

NATO vəd olunan hərbi yardımın 98 faizini Kiyevə çatdırıb

NATO ölkələri Kiyevə 1550 zirehli avtomobil, 230 tank və xeyli sayda silah-sursat çatdırıb ki, bu da vəd olunan yardımın 98 faizi deməkdir. Şimali Atlantika Alyansı Ukrayna ordusu üçün on zirehli-tank briqadasının hazırlığında da iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu hərbi blokun Baş katibi Yens Stoltenberq Brüsseldə Lüksemburqun Baş naziri Ksavye Bettellə görüşündə deyib. Onun sözlərinə görə, göstərilən yardımlar sayəsində Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün güclü mövqeyə yiyələnib.

Yens Stoltenberq Ukraynanın silahla maksimum həcmdə təmin olunmasını sülhə nail olmaq üçün ən yaxşı vasitə hesab etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM