satellite   Azerspace-1: 11135 H 30000

Polşa Rusiya səfirliyinin bank hesabını dondurub

Polşa Rusiya səfirliyinin bank hesabını dondurub

Polşa hökumətinin qərarına əsasən, Rusiyanın Varşava şəhərindəki səfirliyinin və Ticarət evinin bank hesabları dondurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Polşa hökuməti Rusiya səfirliyini və Ticarət evini onlara məxsus bank hesablarından beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi üçün istifadədə şübhəli bilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, bu hesablardan korrupsiya məqsədləri üçün istifadə olunur və çirkli pullar yuyulur. Hazırda Rusiya səfirliyinin əməkdaşları və Ticarət evi bank hesablarından istifadə edə bilmirlər.

Rusiyanın Polşadakı səfiri Serqey Andreyev bildirib ki, səfirliyin bank hesabındakı pullar müsadirə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Polşa Vyana konvensiyasını və beynəlxalq hüququn müddəalarını pozur. Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin rəhbəri Aleksey Juravlev isə hökuməti analoji addım atmağa və Polşanın Moskvadakı səfirliyini bağlamağa, bank hesabındakı pullarını müsadirə etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM