satellite   Azerspace-1: 11135 H 30000

Sergey Şoyqu: "ABŞ-nin hegemonluq cəhdləri qlobal təhlükəsizlik arxitekturasını dağıdıb”

Sergey Şoyqu: "ABŞ-nin hegemonluq cəhdləri qlobal təhlükəsizlik arxitekturasını dağıdıb”

“ABŞ və müttəfiqlərinin qlobal hegemonluğu saxlamaq cəhdləri qlobal təhlükəsizlik arxitekturasının dağılmasına səbəb oldu”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən görüşündə deyib.

O bildirib ki, Vaşinqton və onun müttəfiqləri digər ölkələri də Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynadakı münaqişə də bunu göstərir. Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM