satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda 7-ci “TEKNOFEST” başlayıb

İstanbulda 7-ci “TEKNOFEST” başlayıb

İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 7-ci dəfə qapılarını ziyarətçilərə açıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, festivalın ikinci günündə rəsmi olaraq açılış mərasimi baş tutub.

Qeyd edək ki, builki festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə yarışmada birincilik üzrə yarışır.

Festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur.

Bundan əlavə, Türk Ulduzları, Solo Türk, “Hürkuş”, “Gökbey”, “Aksunqur”,” Bayraktar TB2”, “Bayraktar AKINCI”, “ATAK” helikopteri aviaşoular ilə çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM