satellite   Azerspace-1: 11135 H 30000

Rumıniyada müəllimlərin tətili üç gündür davam edir

Rumıniyada müəllimlərin tətili üç gündür davam edir

Rumıniyada müəllimlər maaşların artırılması tələbi ilə ardıcıl olaraq üç gündür tətil edirlər.

Naxçıvan televiziyası Euronews telekanalına istinadla xəbər verir ki, tətilin üçüncü günündə 150 mindən çox insan küçələrə çıxıb, onlardan 70 mini müəllim köməkçiləri və məktəb işçiləridir.

Yerli həmkarlar ittifaqları işə yeni başlayan müəllimin ilkin maaşının ən azı ölkə üzrə orta əməkhaqqına bərabər olmasını tələb edir. Onlar, həmçinin maaşların hər il inflyasiyadan asılı olaraq indeksləşdirilməsi istəyir.

Telekanalın məlumatına görə, hazırda orta rumın müəllimi ayda təxminən 480 avro maaş alır ki, bu da ölkədəki orta əmək haqqının təxminən yarısına bərabərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM