Dmitri Medvedev NATO-nu hədələyib: "Qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək"

Dmitri Medvedev NATO-nu hədələyib: "Qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək"

"Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək".

NUHÇIXAN  TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.

D.Medvedev söyləyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.

Xatırladaq ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM