Süveyş kanalı yenə də bağlanıb

Süveyş kanalı yenə də bağlanıb

Honkonq bayrağı ilə Süveyş kanalından keçən “Xin Hai Tong” yük gəmisi suyun dayaz yerindən üzərkən torpağa batıb.

NUHÇIXAN Misir mətbuatına istinadla xəbər verir ki, kanalın bağlanması nəticəsində 4 yük gəmisi yoluna davam edə bilməyib. Hazırda yük gəmisinin batdığı yerdən çıxarılması üçün əraziyə dartıcı katerlər cəlb olunub.

Süveyş kanalı Avropa ilə Asiyanı birləşdirən dəniz nəqliyyat yolunun əsasını təşkil edir. Hər iki qitə arasındakı ticarət dövriyyəsinin 12 faizi bu kanal vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, 2021-ci ilin mart ayında da kanal bağlanmışdı. Yaponiyanın nəqliyyat şirkətlərindən birinə məxsus olan “Ever Gieve” yük gəmisi də suyun dayaz hissəsində torpağa batmışdı. Həmin vaxt kanal bir həftə bağlı qaldı və dünya iqtisadiyyatına təxminən 18 milyard dollar həcmində zərər dəydi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM