satellite   Azerspace-1: 11135 H 30000

G7 sammitindən sonra Çin Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır

G7 sammitindən sonra Çin Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır

Yeddilər qrupunun (G7) Yaponiyanın Xirosima şəhərində keçirilən sammitindən sonra Çin Qərb ölkələri ilə münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan ekspertlərə istinadla məlumat yayıb.

Ekspertlərin fikrincə, G7 sammiti bir tərəfdə Çin və Rusiya olmaqla, digər tərəfdə ABŞ və müttəfiqləri arasında geosiyasi uçurumu üzə çıxarıb. “G7 sammitindən sonra Çin Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır. Çünki sammitin əsas mövzusu təkcə Ukrayna müharibəsi deyil, həm də Qərbin Çinlə mübarizə yolları olub”, - deyə siyasi icmalçılar bildirib.

Onların sözlərinə görə, Pekin hazırda təmkinli davranır, lakin Qərb ölkələri ilə münasibətlərin kəskinləşməsi və NATO-nun Asiya-Sakit okean regionuna nüfuz etməsi bu davranışı dəyişə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM