satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək.

Naxçıvan televiziyası xəbər verir ki, yardım paketi tərtib edilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.

“Bu, Finlandiyadan Ukraynaya on altıncı hərbi yardım paketidir. Yardıma zenit raketləri və digər döyüş sursatları da daxildir. Paketin dəyəri 109 milyon avro olaraq qiymətləndirilir”, - deyə hökumətin saytında bildirilir.

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Finlandiya xarici tərəfdaşlarla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək. Finlandiyanın Ukraynaya indiyədək çatdırdığı müdafiə yardım dəstəyinin ümumi dəyəri hazırda 1,1 milyard avro təşkil edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM