satellite   Azerspace-1: 11135 H 30000

Niderland “F 16”-ları Ukraynaya göndərməyi nəzərdən keçirir

Niderland “F 16”-ları Ukraynaya göndərməyi nəzərdən keçirir

Ukraynaya “F 16” qırıcılarının tədarükü ilə bağlı qərar hələ verilməyib, lakin Niderland bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə cümə günü Niderlandın Baş naziri Mark Rutte mətbuat konfransında bildirib.

Bundan əvvəl Niderland ukraynalı pilotlara “F 16” qırıcılarını idarə etmək üçün tez bir zamanda təlim keçməyə başlamaq istədiklərini bildirmişdi. Proqram tərəfdaşlarla, o cümlədən Belçika, Böyük Britaniya, Danimarka ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ təlimə “yaşıl işıq” yandırmışdı.

Niderlandın onlarla “F 16” qırıcısı var və onlar tədricən daha müasir “F 35”-lərlə əvəz olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM