satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “PKK-nın bütün təhdidlərinə baxmayaraq xaricdəki vətəndaşlarımız geri addım atmayıb”

Ərdoğan: “PKK-nın bütün təhdidlərinə baxmayaraq xaricdəki vətəndaşlarımız geri addım atmayıb”

“PKK-nın bütün təhdidlərinə baxmayaraq xaricdəki vətəndaşlarımız geri addım atmayıb”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

“Sabah elə bir qələbə qazanacağıq ki, ölkəmiz üzərində kirli işlər görənlərin heç biri sevinməyəcək. Sabah 85 milyon nəfərlə demokratiyamız qələbə çalacaq. İnanıram ki, dünyanın dörd bir yanında əlini göylərə açan məzlumlar qazanacaq. Ölkədən xaricdəki 2 milyon vətəndaşımız öz səslərini veriblər. PKK-nın bütün təhdidlərinə baxmayaraq xaricdəki vətəndaşlarımız geri addım atmayıb və vətəndaşlıq vəzifələrini yerinə yetiriblər”, - o, vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM