satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib

Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib

Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM