satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: "Rəsmi İrəvan Türkiyədəki seçkilərdən sonra Ankara ilə dialoqu davam etdirməyə ümid edir"

Paşinyan: "Rəsmi İrəvan Türkiyədəki seçkilərdən sonra Ankara ilə dialoqu davam etdirməyə ümid edir"

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesini bu ölkədə keçirilən seçkilərdən sonra da davam etdiriləcəyinə ümid edir”.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrası ilə bağlı dinləmələr zamanı deyib.

“Ümid edirik ki, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra Türkiyə ilə münasibətlərin normallaşması prosesini həmişəki kimi davam etdirə biləcəyik”, - Paşinyan bildirib.

Xatırladaq ki, daha əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. O, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM