satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada turistlərin olduğu qayığın batması 4 nəfərin ölümü ilə nəticələnib

İtaliyada turistlərin olduğu qayığın batması 4 nəfərin ölümü ilə nəticələnib

İtaliyanın şimalındakı Maggiore gölündə turistlərin olduğu 16 metrlik yelkənli qayığın batması nəticəsində 4 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 24 nəfərin olduğu qayıq əlverişsiz hava səbəbindən aşıb. İyirmi nəfər ətrafdakı qayıqlar tərəfindən xilas edilib, onlardan bəziləri üzərək sahilə çıxıb. Hadisə nəticəsində 4 nəfər itkin düşüb və onların cəsədləri dalğıclar tərəfindən göldən çıxarılıb.

Qayığın güclü küləyin səbəb olduğu yüksək dalğalar nəticəsində aşdığı ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM