satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”

Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 19 ölkənin dövlət və hökumət başçılarından təbrik zəngi gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun tviter hesabında yazıb.

“Dünya liderləri Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsini qeyd etməyə davam edir.

Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, ABŞ, Rusiya, Ukrayna, İngiltərə, Almaniya, Fransa, Niderland, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fələstin, İsrail, Liviya, Pakistan, Qvineya-Bisau dövlət və hökumət başçıları birbaşa zəng edərək təbriklərini çatdırıblar. Prezidentimizə indiyədək 19 ölkədən təbrik zəngləri gəlib”, - Fəxrəddin Altun qeyd edib.

“Bundan əlavə, 100-dən çox ölkənin və beynəlxalq təşkilatların rəhbərləri yazılı müraciətdə dövlətimizin başçısının yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Prezidentimiz ikitərəfli münasibətlərimizin yaxşılaşdırılması, regional və qlobal problemlərin həlli, yeni dövrdə sülh və sabitliyə töhfə vermək üçün lider diplomatiyası imkanlarından istifadəyə davam edəcəkdir”, - Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM