satellite   Azerspace-1: 11135 H 30000

Fuat Oktay: "Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər"

Fuat Oktay: "Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər"

"Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni hökumətin formalaşması istiqamətində işlər davam edir: “Hazırda vitse-prezident mənəm. Yeni dövrdə 2-3 vitse-prezident də ola bilər. Qanun buna imkan verir. Bu, prezidentin qərarından asılıdır”.

F.Oktay bildirib ki, bundan sonra hakimiyyətin prioritetlərindən biri daxildəki iqtisadi durum olacaq.

Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, AK Partinin sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM