satellite   Azerspace-1: 11135 H 30000

Kanadada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Kanadada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Kanadanın cənub-şərqində Yeni Şotlandiya əyalətində bazar günü başlayan meşə yanğınları səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, Halifaks bələdiyyəsinin məlumatına görə, yanğınlar 200-ə yaxın binaya zərər vurub. Yanğınsöndürən briqadalar alovun yayılmasının qarşısını almaq üçün səy göstərirlər. Yanğınlar səbəbindən 14 minə yaxın insan təxliyə olunub.

Mayın 6-da Alberta əyalətində başlayan meşə yanğınları səbəbindən 29 min nəfər təhlükəsiz ərazilərə köçürülmüşdü. Kanadanın hakimiyyət orqanları təbii fəlakətlə bağlı bölgədə fövqəladə vəziyyət elan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM