satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Böyük Britaniyanın hərbi zavodunun açılmasına dair razılıq əldə olunub

Ukraynada Böyük Britaniyanın hərbi zavodunun açılmasına dair razılıq əldə olunub

Ukrayna Prezidenti Volodimir Zelenskinin Britaniyanın “BAE Systems” müdafiə şirkətinin nümayəndələri ilə videogörüşü olub. Həmin şirkət “Challenger” tankları və M777 haubitsaları istehsal edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Volodimir Zelenski feysbuk səhifəsində məlumat verib.

“Biz Ukraynada “BAE Systems” ofisinin, daha sonra isə şirkətin məhsulları üçün təmir və istehsal müəssisələrinin açılması üzrə işə başlamaq barədə razılığa gəldik”, - deyə Zelenski əlavə edib.

O, Ukraynanın müxtəlif növ “BAE Systems” məhsullarının təmiri və istehsalı üçün əsas regional mərkəzə çevrilməyə hazır olduğunu və indi daha çox qlobal əlaqələrdə maraqlı olduğunu bəyan edib.

Qeyd edək ki, “BAE Systems” Böyük Britaniyanın silah, informasiya təhlükəsizliyi və aerokosmik sahələrində inkişaf məsələləri ilə məşğul olan ən böyük müdafiə şirkətidir.

Hərbi məhsulların satışı baxımından, gəlirlərin 96 faizini təşkil edir. Şirkət 2021-ci ildə dünyada 7-ci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM