satellite   Azerspace-1: 11135 H 30000

NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna və Kosovodakı vəziyyəti müzakirə edəcəklər

NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna və Kosovodakı vəziyyəti müzakirə edəcəklər

Ukrayna və Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçiriləcək ikigünlük görüşünün əsas mövzuları olacaq.

Naxçıvan televiziyası xarici KİV-ə istinadla xəbər verir ki, çərşənbə günündə başlayacaq görüş qeyri-rəsmi xarakter daşıyır, ona görə də onun proqramının qalan hissəsi rəsmən elan edilməyib. Lakin Brüsseldəki diplomatik mənbələr və Avropa KİV-in məlumatına görə, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.

“Politico” qəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqətdə olacaq.

Görüş zamanı NATO-nun Ukraynaya gələcək hərbi yardımı da müzakirə ediləcək. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu mövzu müzakirə olunmadan keçirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM