satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Türkiyə Prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısının və 45 nazirin iştirakı gözlənilir.

Naxçıvan televiziyası Türkiyə mediasına istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq də mərasimdə iştirak etmək üçün Ankaraya gələcək.

Türkiyə liderinin şənbə gününə planlaşdırılan zəngin proqramı var. Buraya Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmək, Böyük Millət Məclisində and içmək, eləcə də kabinetinin yeni tərkibini elan etmək daxildir.

Bir qədər əvvəl parlamentdə millət vəkillərinin andiçmə mərasimi başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan mərasimi onun üçün ayrılmış lojadan izləyir.

Bu gün 600 deputat and içərək Türkiyə Böyük Millət Məclisində fəaliyyətə başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM