satellite   Azerspace-1: 11135 H 30000

Bayden İngiltərə və Danimarkanın Baş nazirləri ilə “F-16”ların tədarükü məsələsini müzakirə edəcək

Bayden İngiltərə və Danimarkanın Baş nazirləri ilə “F-16”ların tədarükü məsələsini müzakirə edəcək

ABŞ Prezidenti Co Bayden gələn həftə Britaniya və Danimarkanın Baş nazirləri ilə görüşlərdə Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını, o cümlədən “F-16” təchizatını müzakirə edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

"Əlbəttə, bizi maraqlandıran və Prezidentin bu təmaslar zamanı fikirlərini bildirmək istədiyi mövzulardan biri Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarıdır. Burada söhbət “F-16”dan gedir”,- o qeyd edib.

Kirbi vurğulayıb ki, “F-16” ilə bağlı bu iki ölkənin nümayəndələri ilə müzakirələr məhz uzunmüddətli planlaşdırma və gələcəkdə Ukraynanın təhlükəsizlik ehtiyaclarının qarşılanması kontekstində aparılacaq.

Danimarkanın Baş naziri Mette Frederiksenin Vaşinqtona səfəri iyunun 5-nə planlaşdırılıb. Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə iyunun 8-də ABŞ-yə səfər etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM