satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “28 may gecəsində Afrikadan Asiyaya – küçələrdəki sevinc coşqusunu unutmayacağıq”

Ərdoğan: “28 may gecəsində Afrikadan Asiyaya – küçələrdəki sevinc coşqusunu unutmayacağıq”

“Seçkilərin nəticəsinin elan olunduğu 28 may gecəsi Afrikadan Asiyaya – küçələrdə yaşanan sevinc coşqusunu unutmayacağıq”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.

“Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”, - dövlət başçısı vurğulayıb.

Eyni zamanda Türkiyə lideri səsverməyə qatılan bütün vətəndaşlara təşəkkürünü bildirib:

“Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM